“Milan” tarixinin ən bahalı oyunçu satışını reallaşdıra bilər. İtaliya klubu bunun üçün “Əl Hilal”ın təklifini qəbul etməlidir.

Futbolinfo.az xəbər verir ki, Səudiyyə Ərəbistanı klubu Rafael Leaonu transfer etmək istəyir. Onlar portuqaliyalının özünə üçqat maaş təklif edib, “Milan”a isə 175 milyon avro ödəmək niyyətindədir. Futbolçunun sərbəstqalma dəyəri məhz bu qədərdir.

Bir sıra Avropa nəhənginin də almaq istədiyi Leao ərəb ölkəsinə köçmək istəmir. Amma həm şəxsi müqavilə şərtləri, həm də müqavilə ilə bağlı olduğu “Milan”ın tələbləri “Əl Hilal” variantının reallaşmasına şərait yarada bilər.

Rafael 2019-ci uldən “Milan”dadır. İtaliya klubu o zaman portuqaliyalı üçün “Lill”ə 49 milyon avro ödəmişdi. 2028-ci ilin yayınadək milanlılarla müqaviləsi olan 24 yaşlı hücumçunun real bazar dəyəri 90 milyon avrodur.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp