“Red Bull”un avtoidman üzrə məsləhətçisi Helmut Marko komandanın yeni mövsüm üçün sürücü axtarışlarından danışıb. Hazırda Maks Ferstappenin “Red Bull” ilə çoxillik müqaviləsi var, Serxio Peresin sözləşməsi isə bu il başa çatır.

“Danışıqlar davam edir və Cheko hələ də bizim ilk seçimimizdir. Özümüzə heç bir təzyiq göstərməsək də, yay fasiləsinə qədər bu məsələyə aydınlıq gətirmək istəyirik”, – deyə “Kleine Zeitung”a müsahibəsində Marko bildirib.

Peres hazırda 107 xalla ümumi sürücülər sıralamasında üçüncü yerdədir. Lider isə 161 xalı olan komanda yoldaşı Ferstappendir.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp