MLS klubu “Vankuver” azarkeşlərinə xüsusi jest edib. Növbəti turda qəbul etməli olacağı “İnter Mayami”, liderləri Lionel Messi, Serxio Buskets və Luis Suaresi heyətə qatmayıb. Ulduz futbolçular Kanadaya səfər etməyiblər.

Bu səbəbdən də “Vankuver” klubu oyuna gələcək azarkeşlərinə yeməkdə 50 faiz endirim etmək məcburiyyətində qalıb. Xatırladaq ki, Mayami komandasının məşqçilər korpusu futbolçularına istirahət verib.

“Təəssüf ki, rəqib komandada kimin oynayacağına nəzarət edə bilmirik. Azarkeşlərimiz kompensasiyasız qala bilməz. Onlar bizim üçün çox dəyərlidir. Biz həmişə istəyirik ki, futbolçularımız rəqibin ən yaxşı oyunçuları ilə rəqabət aparsınlar. Başa düşürük ki, azarkeşlər çox məyus olacaq”, – deyə klubun baş direktoru Aksel Şuster komandanın rəsmi saytında bildirib.

MLS-in 15-ci turunun “Vankuver” – “İnter Mayami” görüşü mayın 26-da baş tutacaq. Bu oyunda 55 min tamaşaçının olması gözlənilirdi.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp