“Real”ın baş məşçqisi Karlo Ançelotti Madrid klubunun zədədən əziyyət çəkən fransalı yarımmüdafiəçisi Orelyen Tçuameninin vəziyyəti barədə danışıb.

Futbolinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, italiyalı mütəxəssis, fransalı futbolçunun Çempionlar Liqasının final matçında iştirak etməyəcəyini təsdiqləyib:

“Tçuameni final oyununda oynamaq üçün çalışır. O, öz üzərində çox işləsə də, bu, real görünmür”.

“Real”ın Çempionlar Liqasının finalındakı rəqibi Dortmund “Borussiya”sı olacaq. Komandalar iyunun 1-də qarşılaşacaqlar. Kubok uğrunda oyun Londondakı “Uembli” stadionunda keçiriləcək.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp