Avropa Liqasında 2023/2024 mövsümünün ən yaxşı oyunçusu bəlli olub.

Futbolinfo.az xəbər verir ki, Marsel “Olimpik”inin hücumçusu Pyerr-Emerik Obameyanq başa çatan mövsümün ən yaxşısı seçilib.

Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.

34 yaşlı qabonlu forvard bu mövsüm Avropa Liqasında meydana çıxdığı 13 oyunda 10 qol vurub və 3 məhsuldar ötürmə edib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp