Sevilya”nın yeni baş məşqçisinin adına aydınlıq gəlib.

Futbolinfo.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. Komanda Qarsiya Pimientaya tapşırılıb.

49 yaşlı mütəxəssisin son klubu “Las Palmas” olub. O, 2022-2024-cü illərdə bu komandanı çalışdırıb. Pimienta məşqçilik karyerasına “Barselona”nın strukturunda – gənclər komandasında başlayıb.

Mütəxəssi “Sevilya”nın baş məşqçisi postunda Kike Sançez Floresi əvəzləyib.

Qeyd edək ki, “Sevilya” mövsümü La Liqa turnir cədvəlində 14-cü yerdə başa vurub.

Shares: