“Fənərbaxça”nın prezidenti Ali Koç məşhur mütəxəssis Joze Mourinyonu komandaya baş məşqçi təyin etməklərindən danışıb.

Futbolinfo.az xəbər verir ki, o, Mourinyonun və məşqçi heyətinin illik maaşını da açıqlayıb:

“Fənərbaxça”nın keçmiş prezidenti Aziz Yıldırım bizim Mourinyonu baş məşqçi təyin etməyimizdən sonra deyib: “Mourinyoya vaxtilə illik 15 milyon avro maaş təklif etmişdim. Bu kişi axmaqdırmı? Niyə daha aşağı maaşa razılaşıb? Mütləq ona gizli şəkildə pul verəcəklər”. Bu, cinayətdir! Çox ağır bir ittihamdır! 20 il “Fənərbaxça”nın prezidenti olmuş bir insanın belə bir transfer zamanı bizi gizli şəkildə pul ödəməklə günahlandırması problemli bir haldır. Eyni şeyi İrfan Kahvecinin transferi zamanı da etdi. “Fənərbaxça”nı təbrik edəcəyi yerdə bizi klubdan SPK-ya şikayət etməklə hədələdi. Sən məndən yox, “Fənərbaxça”dan şikayət edirsən! Biz Aziz Yıldırımın təklif etdiyindən 3 milyon daha az məbləğ təklif etmişdik. Aziz Yıldırım 15 milyon təklif etdim deyir. Biz özünə və məşqçi heyətinə 12 milyon avro ödəyəcəyik. Aziz bəyin ödəmək istədiyi 15 milyon özünə idi, yoxsa heyətinə, bilmirəm”.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp