Türkiyə millisinin daha bir futbolçusu Almaniyada keçiriləcək Avropa çempionatını buraxacaq.

Futbolinfo.az yerli federasiyanın mətbuat xidmətinə istinadən xəbər verir ki, ötən gün İtaliya ilə yoldaşlıq oyununda (0:0) zədələnən Ozan Kabak turnirdə iştirak etməyəcək.

24 yaşlı müdafiəçinin sağ dizinin ön çarpaz bağında yırtıq aşkarlanıb.

Daha əvvəl hücumçu Enes Ünal və digər müdafiəçi Çağlar Söyüncünün də eyni səbəbdən AÇ-2024-dən kənarda qalacağı bəlli olub. Avropa çempionatı 14 iyun – 14 iyul aralığından baş tutacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp