Bu gün Azərbaycanın daha 4 yunan-Roma güləşçisi Macarıstanın paytaxtı Budapeştdə keçirilən reytinq turnirində mübarizəyə qoşulacaq.

Futbolinfo.az xəbər verir ki, yarışın son günündə Eldəniz Əzizli (55 kq), Həsrət Cəfərov, Ülvi Qənizadə (hər ikisi 72 kq) və Sənan Süleymanov (77 kq) döşək üzərinə çıxacaq.

Daha əvvəl sərbəst güləşçilərdən Maqomedxan Maqomedov (97 kq) gümüş, Hacı Əliyev (65 kq) isə bürünc medal qazanıb. Murad Məmmədov (63 kq) isə yunan-Roma güləşçilərinin mübarizəsində qızıl medala sahib çıxıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp