Robert Levandovski və Marko Roys yenidən birlikdə çıxış edə bilər. Dortmund “Borussiya”sında oynadıqları vaxtdan dost olan cütlüyə MLS-dən təklif var.

Futbolinfo.az xəbər verir ki, 2010-14-cü illərdə eyni komandanın uğurları üçün tər tökən cütlükdən Marko sonadək “Borussiya”ya sadiq qaldısa, polşalı forvard 8 il “Bayern”də saysız titullar qazandı, son 2 mövsümü də “Barselona”da keçirdi.

İndi Roys Dortmund klubundan ayrılmaq qərarı verib, Levandovski də “Barselona”da xoşbəxt deyil. Belə bir məqamda “Los-Anceles Qalaksi” onlara təklf göndərib. Marko çox güman ki, ABŞ-a köçüb ikiillik müqavilə bağlayacaq, Robert isə ya indi, ya da gələn yay eyni addımı atacaq. Roysdan fərqli olaraq, Levandovskinin İspaniya nəhəngi ilə daha 2 mövsümlük müqaviləsi var.

Shares: