“Qazaxıstan yığması üçün hər şey yaxşı başlamışdı”. Bu sözləri qazaxıstanlı veteran futbolçu Bulat Esmaqambetov deyib.

O, ölkəsinin yığmasının Azərbaycan millisi ilə oyununu şərh edib. Esmaqambetov komandamızın qələbəyə layiq olduğunu bildirib: “Yığma 2 fürsətdən yararlandı və özünü çox rahat hiss etməyə başladı. Digər tərəfdən hamı azərbaycanlıların asanlıqla təslim olmayacağını bilirdi. Təəssüf ki, Qazaxıstan komandasının mərkəz xətti zəif çıxış etdi. Azərbaycan yığması təhlükəli vəziyyətlər yaratmağa başladı. Onlar daha yaxşı oynayıb, mübarizələrdə üstünlük qazandılar. Etiraf edək ki, Azərbaycan qələbəyə layiq idi”.

Qeyd edək ki, millimiz hesabda 2 top fərqi ilə geri düşməsinə baxmayaraq, Qazaxıstana 3:2 hesabı ilə qalib gəlib.

Shares: