MBA-nın komissioneri Adam Silver liqaya yeni klubların daxil edilməsi planlarından danışıb.

“Biz genişlənməyə başlamazdan əvvəl televiziya ilə uzunmüddətli əlaqələrimizi yoluna qoymalıyıq. Hazırda sövdələşmələrin bağlanması mərhələsindəyik. Genişləndirmə ilə bağlı qərar hələ verilməyib. Amma mən düşünmürəm ki, liqanın daha iki komandaya ehtiyacı olmasın. Bazar bunda maraqlıdır. Media ilə sövdələşmələri başa vuran kimi bu məsələni də həll etməyə başlayacağıq. Sietlin çempionata mümkün qayıdışından söhbət gedirdi. Las Vegas öz klubu ilə çıxış etməkdə maraqlıdır. Nə vaxtsa Mexikoda da bir komandanın olacağına şübhəm yoxdur”, – deyə Silver “BasketNews”a müsahibəsində bildirib.

2004-cü ildən bəri Milli Basketbol Assosiasiyasına Şimali Amerikanın 30 klubu daxildir. 29 komanda Amerika Birləşmiş Ştatlarının 27 şəhərini, biri isə Kanadanın Toronto şəhərini təmsil edir. Los Ancelesdə  və Nyu-Yorkda iki MBA klubu var.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp