Səudiyyə Ərəbistanı vahid boks liqası yaratmaq istəyir. Ölkənin İctimai İnvestisiya Fondu (PİF) yeni peşəkar boks liqasının yaradılması məsələsini müzakirə edir.

Səudiyyə Ərəbistanının Baş Əyləncə İdarəsinin sədri Turki Əl-Şeyx hökumətə bu barədə məlumat verib. Məqsəd boks üzrə böyük promouşnların hüququnu ələ keçirməkdir.

“Golden Boy” və “Matchroom” artıq fondun nümayəndələri ilə danışıqlar aparır. Yeni liqanın yaradılmasına ediləcək investisiya məbləği 4-5 milyard dollara çatır.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp