AS qəzetinin yaydığı xəbərə görə, Kristiano Ronaldo Serxio Ramosu “Ən-Nəsr”də görmək istəyir.

Mənbənin məlumatına görə, 38 yaşlı futbolçunun transferində klubun idman direktoru Fernando Yerro da maraqlıdır. Ramosa çoxmilyonluq müqavilə təklif olunur. İspaniyalı müdafiəçiyə Türkiyə və MLS klubları da maraq göstərir.

Xatırladaq ki, “Sevilya” Ramosun müqaviləsinin başa çatması ilə əlaqədar klubdan ayrıldığını açıqlayıb. 2023/2024 mövsümündə müdafiəçinin gösəriciləri 37 oyunda 7 qol və bir məhsuldar ötürmə olub.

Ramos 2009/2010 mövsümündən 2017/2018 mövsümünə kimi Ronaldo ilə Madrid “Real”ında çıxış edib. Bu müddət ərzində futbolçular iki İspaniya çempionluğu, iki İspaniya kuboku və iki İspaniya Superkuboku qazanıblar. Beynəlxalq arenada oyunçular dörd Çempionlar Liqası turnirinin, üç Superkubokun və üç Klublararası Dünya Kubokunun qalibi olublar.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp