Moldovanın “Şerif” klubunun baş məşqçisi Yuriy Hura Avropa Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibləri “Zirə” barədə fikirlərini bölüşüb.

Futbolinfo.az Moldova mətbuatına istinadən xəbər verir ki, 47 yaşlı mütəxəssis Azərbaycan klubu barədə müəyyən qədər məlumata malik olduqlarını söyləyib: “Zirə” Azərbaycanın iddialı komandalarından biridir. Müdafiədə çox etibarlı çıxış etməkləri ilə seçilirlər. Rəqib barədə məlumat toplamağa başlamışıq. Fikrimcə, püşk heç də bizim üzümüzə gülmədi. Çünki daha münasib rəqib düşə bilərdi. “Zirə” potensial rəqiblər arasında ən güclülərdən biri idi”.

Ukraynalı məşqçi cütlüyün cavab matçının Bakıya salınmasının onlar üçün problem olmadığını vurğulayıb: “Səfər qolu qaydası ləğv olunduğundan, harada başlamağın fərqi yoxdur. O qədər də çox vaxtımız qalmayıb. Hansı komanda həmin vaxt daha hazır olacaqsa, onun da mərhələ adlamaq şansı çox olacaq. Biz turnirdə yolumuza davam etmək üçün əlimizdən gələni edəcəyik”.

Qeyd edək ki, “Zirə” ilə “Şerif” arasında ilk oyun iyulun 11-də Tiraspolda, cavab qarşılaşması isə 18-də Bakıda reallaşacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp