Türkiyə millisinin baş məşqçisi Vinçenso Montella Avro-2024-ün qrup mərhələsinin III turunda Çexiyanı məğlub etdikləri görüşdən sonra fikirlərini bölüşüb.

Mütəxəssis 1/8 finala yüksəldikləri üçün xoşbəxtdir: “Böyük uğur əldə etdik. Türkiyə xalqı adına sevincliyəm. Hamımız xoşbəxtik. Son dönəmlərdə yersiz təzyiqlər və tənqidlər oldu. Bu da komandaya təsirsiz ötüşmədi. Rəqibin qolunda qayda pozuntusu var idi, amma hakim fərqli qərar qəbul etdi. Turu keçən tərəf olduq. Təzyiqlərə rəğmən, yaxşı nəticə əldə etdik”.

Xatırladaq ki, Türkiyə 2:1 hesablı qələbə sayəsində qrupu 2-ci pillədə tamamlayıb. Qardaş ölkə təmsilçisi 1/8 finalda Avstriya ilə üz-üzə gələcək.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp