“Qol vurmağa çalışdıq, amma bacarmadıq. Bu, Gürcüstan millisini qələbəyə layiq olduqlarına inandırdı”. Bunu Portuqaliya millisinin baş məşqçisi Roberto Martines Avropa çempionatının qrup mərhələsinin III turunda Gürcüstana qarşı keçirdikləri oyundan sonra mətbuat konfransında deyib.

O, kifayət qədər aqressiv olmadıqlarını bildirib: “Aşağı intensivliklə başladıq, erkən qol buraxdıq və bu, Gürcüstana lazım idi. Qapı qarşısında kifayət qədər kəskin deyildik və rəqib qapıçı heyrətamiz performans nümayiş etdirdi”.

Qeyd edək ki, Gürcüstan – Portuqaliya qarşılaşması birincilərin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp