“Uğursuzluğun əsas səbəbi Gürcüstanı məğlub etməməyimiz idi”. Bunu Çexiya yığmasının baş məşqçisi İvan Haşek Almaniyada təşkil olunan Avropa çempionatının III turu çərçivəsində Türkiyə millisi ilə görüşdən sonra mətbuat konfransında bildirib.

O, komandanın gələcək üçün potensialının olduğunu vurğulayıb: “Mübarizəni dayandırdığımız üçün məyus oldum. Çünki bu komandanın potensialı var. Biz bunu burada göstərmək istəyirdik”.

Qeyd edək ki, Çexiya – Türkiyə matçı ikincilərin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Türkiyə qrup ikincisi kimi növbəti mərhələyə yüksəlibsə, Çexiya sonuncu pillədə qalaraq mübarizəni dayandırıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp