Sten Vavrinka və Qael Monfils “Uimbldon” turnirinin ikinci raundunda üz-üzə gələcəklər. Onlar arasında şəxsi görüşlərdə hesab 3:3-dür. Sonuncu dəfə tennisçilər 2019-cu ildə qarşılaşıblar.

Çərşənbə günü Vavrinka 39 yaş 97 gün, Monfils 37 yaş 305 günlükdə olacaq. Onların ümumi yaşı – 77 yaş 37 gün təşkil edəcək. Bu da 1971-ci ildən bəri “Uimbldon” turnirinin kişilər arasında fərdi oyunlarında ən yüksək göstəricidir.

Həmin il 32 yaşlı Rod Leyver və 45 yaşlı Bob Hou ilk raundda oynamışdılar.

Shares: