Portuqaliya millisinin kapitanı Kristiano Ronaldo 21-ci əsrdə antirekorda imza atıb.
Futbolinfo.az “Sofascore” nəşrinə istinadən xəbər verir ki, bu, Almaniyada təşkil olunan Avropa çempionatının 1/8 final mərhələsinin Sloveniya ilə oyununda gerçəkləşib.
Əlavə vaxtda (105-ci dəqiqə) penaltidən yararlana bilməyən 39 yaşlı hücumçu bir yığmanın heyətində üç turnirdə 11 metrlik cərimə zərbəsini yerinə yetirə bilməyən ilk avropalı futbolçu olub.
O, AÇ-2016-da Avstriya, DÇ-2018-də isə İran millisi ilə matçlarda penaltini qaçırıb.
Penaltilər seriyasında rəqibini 3:0 hesabı ilə üstələyən Portuqaliya millisi 1/4 finalda Fransanın rəqibi olub.