“Zirə”nin Avropa Liqasının 1-ci təsnifat mərhələsində rəqibi olan “Şerif” (Moldova) braziliyalı legioneri Rikardinyo ilə vidalaşıb.

Futbolinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

2013-2016, 2017 və 2023-cü illərdə “Şerif”in formasını geyinən 34 yaşlı futbolçu bu komanda ilə 5 dəfə Moldova çempionluğunu, 3 dəfə isə ölkə kubokunu qazanıb.

“Şerif” növbəti transferlərini də reallaşdırıb. Moldova təmsilçisi Mavritaniya milli komandasının və “Mets”in hücumçusu Papa Ndiaqa Yadeni heyətinə qatıb. 24 yaşlı forvard son mövsümü icarə əsasında Liqa 2 təmsilçisi “Qevilly Rouen”da keçirib. O, 36 matçda 4 qol vurub və 3 məhsuldar ötürmə edib.

“Şerif” həmçinin, şimali makedoniyalı müdafiəçi Stefan Despotovskini də heyətinə cəlb edib. “Srvena Zvezda”nın yetirməsi olan 21 yaşlı futbolçunun son klubu “Rabotniçki” olub.

“Zirə” və “Şerif” arasındakı ilk görüş iyulun 11-də, cavab oyunu isə iyulun 18-də keçiriləcək.

Shares: