“Zirə”dən ayrılan Vladislav Kulaç Ermənistanda oynayacaq. Ukraynalı hücumçu “Pünik”ə keçib.
Ermənistan təmsilçisinin mətbuat xidmətinin məlumatına görə forvardla bir illik müqavilə imzalanıb.
Kulaç 2023-cü ilin yanvarından “Zirə”də oynayırdı. O, Premyer Liqada 34 oyunda 5 qol vurub.