Çexiyanın “Viktoriya” klubunun məşqçisi Marek Bakoş “Qarabağ”la keçirilən yoxlama görüşünü dəyərləndirib.

Futbolinfo.az xəbər verir ki, köməkçi-məşqçi Avstriya toplanışı çərçivəsində Azərbaycan çempionuna 1:2 hesablı məğlubiyyətə baxmayaraq, komandadan razılıq bildirib: “Futbol oynamaq istəyən komandalar qarşılaşırdı. Yüksək pressinqə cəhd etdilər, tempdə oynamağa çalışdılar. Şanslar baxımından səviyyə bərabər idi, çox gözəl matç oldu. Düşünürəm ki, ilk 20 dəqiqə bizim üçün yaxşı keçdi, bəzi şanslar yaratdıq. Qol vurulmaması təəssüf doğurur. Sonra “Qarabağ” təşəbbüsü ələ aldı, keyfiyyət göstərdi və ötən mövsüm Avropa Liqasının 1/8 finalında niyə oynadığını göstərdi”.

Mütəxəssis “Qarabağ”ı indiyə qədər qarşılaşdıqları rəqiblərlə də müqayisə edib: “Yoxlama görüşü təşkil olunanda “Qarabağ”la iki il əvvəl Çempionlar Liqasının pley-offundakı oyunları xatırladım. “Qarabağ” indiyə qədər qarşılaşdığımız ən güclü rəqib idi. Bizim üçün üzərində işləmək lazım olan şeylərlə tanış olmaq üçün yaxşı sınaq oldu”.

Shares: