“Qarabağ” yarımmüdafiəçisi Julio Romao həmyerlisi Kadi Borgesin komandaya qayıtmamasından məyus olub. Braziliyalını sevindirən məqam da var.
Romao futbolinfo.az saytına müsahibəsində Kadinin dönüşünü arzuladığını bildirib: “Əlbəttə, Kadinin dönüşü alınsaydı, daha yaxşı olardı. Çünki onun burada keçirdiyi dönəmi hamı xatırlayır. “Qarabağ”da uğurlu trayektoriya cızmışdı. Hər birimiz onu tanıyırıq, o da komandanı tanıyır. Bu üzdən gəlişi gücümüzə güc qatacaqdı, buna şübhəm yoxdur. Amma futbolda belə hallar olur, qayıdışı alınmadı. İstənilən halda, Kadinin verdiyi qərara hörmətlə yanaşmaq lazımdır”.
Əvəzində Julio Abdullah Zubirin “Qarabağ”da qalmasına sevinir: “Mən də buna çox sevindim, komanda yoldaşlarım da. Çünki Zubir “Qarabağ”ın önəmli parçalarından biridir. O cür futbolçunun komandamızda olması həm meydanda, həm də meydandan kənarda bizə inam verir. Bu üzdən Zubirin qərarına çox sevindik”.