“Azərbaycana qayıtmağı çox istəyirdim. “Səbail”dən təklif aldığım zaman sevindim. Çünkü həm Azərbaycan, həm də Premyer Liqa üçün darıxmışam”. Bunu futbolinfo.az-a açıqlamasında “Səbail”in yeni transferi Mert Çelik deyib.

Azərbaycan millisinin üzvü və vaxtilə “Neftçi”də çıxış etmiş müdafiəçi ölkəmizə qayıtmasından söz açıb: “Danışıqlarımız uzun sürmədi. Razılaşdıq, müqavilə imzaladım. Yenidən Premyer liqada oynamaq üçün səbirsizlənirəm. Hazırda baş məşqçimiz Şahin Diniyevin rəhbərliyi altında təlim-məşq toplanışımızı yüksək səviyyədə keçiririk. Gündə 2 məşqə çıxırıq. Əsas məqsədimiz toplanışın sonuna kimi gücümüzü bərpa edib yeni mövsümə tam hazır olmaqdır. Yaxşı komandamız, səmimi kollektivimiz var. Buna görə də  buraya tez uyğunlaşacağımı düşünürəm. Bir futbolçu kimi əsas hədəfim komandamın uğurlarında pay sahibi olmaqdır. Əlimdən gələni edəcəm ki, “Səbail” üçün faydalı olum. İlk yoxlama oyunumuzu keçirdik. Rəqibimiz “Ərzurumspor” oldu. Matç ağır və maraqlı keçdi. Növbəti oyunlarda tam hazırlaşıb Azərbaycana hazır qayıtmaq istəyirik”.

Shares: