Səlahət Ağayevin “Neftçi”yə keçidi baş tutmayıb. Komandanın Türkiyə toplanışına yollanan qapıçı müqavilə bağlamaqdan imtina edib.

Futbolinfo.az xəbər verir ki, 2 il öncə “Neftçi”yə qarşı oyunda etdiyi ədəbsiz jestə görə azarkeşlərin transferinə etiraz etdiyi qolkiper qərarı özü verib. O, fanatların onu daim təzyiq altında saxlayacağını bildiyindən, toplanışı tərk edərək Bakıya dönüb. Səlahət hazırda yeni iş yeri axtarır.

“Neftçi”nin hazırlığında iştirak etməyən digər futbolçu Dieqo Valdesdir. Bakılılar legioner yarımmüdafiəçi ilə yollarını ayırmağı planlaşdırır.

Shares: