“Neftçi”yə transferi baş tutmayan Səlahət Ağayev klub rəhbərliyinin istəyini geri çevirib. Azarkeşlərin keçidini qəzəblə qarşıladığı qapıçı qərarını məhz onlara görə verib.

Futbolinfo.az xəbər verir ki, baş məşqçi Roman Qriqorçukun ehtiyat oyunçu kimi heyətdə görmək istədiyi qolkiperi fanatlar xoşlamırdı. Vaxtilə başqa komandanın heyətində olarkən etdiyi ədəbsiz jesti “Neftçi” fanatları unutmayıb. Onlar qapıçıya hər oyun təhqiredici şüarlarla qarşılanacağını xəbərdarlıq ediblər.

Səlahət bu münasibətdən sonra “Neftçi”də rahat olmayacağını anlayıb və yollandığı Türkiyə toplanışından geri qayıdıb. Klub rəhbərliyi Ağayevdən azarkeşlərdən üzr istəyərək qalmaqalı bitirməsini tələb etsə də, o, buna razılaşmayıb. Təcrübəli qapıçı hazırda yeni klub axtarışındadır.

Shares: