Mövsümün 4-cü “Böyük dəbilqə” turniri olan “US Open”in iştirak ərizəsi təqdim edilib. Dördqat çempion Rafael Nadal qorunan reytinqlə iştirakçılar sırasına daxil olunub.

Ondan başqa bu hüquqdan istifadə edənlər aşağıdakılardır:

Pablo Karreno Busta

Denis Şapovalov

Reilli Opelka

Sunq Vu Kvon

Dominik Striker

Qorunan reytinqə görə iştirak edəcək qadınların siyahısı isə belədir:

Ayla Tomlyanoviç

Şelbi Rocers

Jang Şuai

Sasai Jeng

Vanq Qianq

Katerina Beindl

Culia Qraber

Laurin Devis

Çempionatın ikiqat qalibi, hazırda 102-ci yerdə olan Naomi Osaka, istifadə limitinə çatdığı üçün qorunan reytinqindən yararlana bilməyib. O, yalnız kiminsə imtinasından sonra turnirə qatıla biləcək.

Kişilərdə eyni aqibəti Sten Vavrinka və Endi Marrey yaşayıb. Britaniyalı tennisçi Paris Olimpiadasının onun son turniri olacağını da açıqlayıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp