“Böyük dəbilqə” seriyalı turnirlərin üçqat finalçısı, dünyanın 9-cu raketkası, norveçli tennisçi Kasper Ruud Bastadda (İsveç) keçirilən ATP-250 turnirindən gülməli xəbərlər paylaşıb. Tennisçinin itləri Rafa və Bajas bu yarışlar üçün rəsmi akkreditasiya alıblar.
Ruudun bacısı Karolina bu xəbərə “Aman Allahım, Rafa Bastadda fərdi akkreditasiya alıb”, yazmaqla sosial şəbəkə hesabında reaksiya verib.
Bastaddakı turnirdə Ruud 22 qat “Böyük dəbilqə” çempionu ispaniyalı Rafael Nadalla cütlükdə yarışır. Norveçli və ispaniyalı turnirin ilk dövrəsini uğurla adlayıblar. Ruud və Nadal yarımfinala çıxmaq üçün Roman Safiullin (Rusiya)/Teo Arribaje (Fransa) cütlüyü ilə mübarizə aparacaq.