FİFA referisi Kamal Umudlunun Konfrans Liqasının I təsnifat mərhələsində “Vlajniya” (Albaniya) ilə “Valyur” (İslandiya) arasında keçiriləcək oyuna təyinatının ləğv olunmasının səbəbi müəyyənləşib.

Futbolinfo.az saytının məlumatına görə, adıçəkilən komandalar arasında baş tutan ilk görüşdə yaşanan qalmaqal UEFA-nı bu addımı atmağa vadar edib.

Məsələ burasındadır ki, İslandiyada təşkil edilən görüşdə azarkeşlər şimali irlandiyalı baş hakim Tim Marşalla hücum çəkiblər. UEFA komandalar arasında cavab matçını riskli oyunlar qrupuna daxil etdiyindən, daha təcrübəli hakimə etibar etmək qərarına gəlib. Nəticədə Kamal Umudlu İtaliya A Seriyasında prinsipial oyunlar idarə edən Simone Sozza ilə əvəzlənib.

Qeyd edək ki, “Vlajniya” – “Valyur” görüşü sabah keçiriləcək. İlk matçda 2:2 hesabı qeydə alınıb.

Shares: