“Oyunu izlədim, “Zirə”yə uduzmağımız məyusedicidir”.
Futbolinfo.az xəbər verir ki, bunu “Zirə”nin Avropa Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibi “Şerif”in (Moldova) yeni transferi Gideon Qudlad klubun mətbuat xidmətinə açıqlamasında deyib.
19 yaşlı yarımmüdafiəçi Azərbaycanda qalib gələcəklərinə inandığını bildirib:
“Bu barədə çox danışdıq, məğlubiyyətin səbəblərini axtardıq. Şəxsən inanıram ki, biz Azərbaycanda qalib gələcəyik. Orada yaxşı nəticə əldə edə bilərik”.
“Zirə” və “Şerif” arasında cavab matçı iyulun 18-də, saat 20:00-da “Dalğa Arena”da baş tutacaq. Moldovada gerçəkləşən ilk görüşdə Rəşad Sadıqovun baş məşqçisi olduğu kollektiv 1:0 hesablı qələbə qazanıb.