“Mançester Yunayted” heyətin gücləndirmək üçün cəhdlərini dayandırmır. İngiltərə nəhəngi xüsusilə mərkəz müdafiəçisi mövqeyinə transferə tələsir.

Futbolinfo.az xəbər verir ki, “qırmızı şeytanlar”ın əsas hədəfi Leni Yorodur. “Lill”in 18 yaşlı yetirməsi üçün 40 milyon avro təklif edilib. Fransa klubu satışın əleyhinə deyil, amma futbolçu özü “Real”dan son dəvəti gözləyir.

Mançesterlilər ehtiyat variantı da düşünüb. Yoro Madridə yollanmağı lazım bilsə, o zaman ingilislər “Bayer”n qapısını döyəcək. Almaniya millisinin üzvü Conatan Ta əsas hədəflərdən biridir. “Bayern”in də istədiyi oyunçunun Leverkuzendə qalmaq ehtimalı böyükdür. Amma Lenini razı salmaq mümkün olmasa, Leverkuzen klubuna vazkeçilməz təklif göndəriləcək.

F365 Jonathan Tah with Man UTD 1 - Futbolinfo.az
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp