Parisdə 2024-cü il Olimpiadasından əvvəl ən böyük miqrant düşərgələrindən biri sökülüb.
Məlumata görə, səhər saatlarında polis və avtobuslar “Porte de la Villette” metro stansiyasına gəlib. Məhz orada, Sen-Deni kanalındakı körpülərin altında, dairəvi yolun ərazisində çadırlar var idi. Miqrantlar həmin ərazidə yaşayırdılar.
“Bu gün “sosial təmizləmə” mərhələsi başa çatır. Parisdəki sonuncu miqrant düşərgəsi evakuasiya edilib, insanlar avtobuslarla ya rayonlara, ya da İle-de-Fransdakı müvəqqəti strukturlara göndərilib”, – deyə düşərgənin ləğvində iştirak edən əməkdaşlardan biri bildirib.
Düşərgənin ləğvi dinc şəraitdə baş verib. Əsasən Afrika ölkələrindən olan miqrantlar əşyalarını yığaraq avtobuslara miniblər.