Papa Fransisk bazar günü xütbəsi zamanı dünyanı Olimpiya atəşkəsinə səsləyib.

“Bu həftə Parisdə Olimpiya Oyunları başlayır. İdman mühüm sosial funksiyaya malikdir; o, dünyada müxtəlif mədəniyyətlərdən olan insanları birləşdirə bilir. Antik dövrdən bəri Olimpiada müharibələrdə barışıq gətirib. Bu dəfə də belə olmasına səsləyirəm”, – deyə Roma Papası bildirib.

Parisdə Yay Olimpiya oyunları iyulun 26-dan avqustun 11-dək keçiriləcək. Yarışda 206 milli olimpiya komitəsi və qaçqınlar komandası iştirak edəcək. Məlumata görə, oyunlar üçün 8,8 milyondan çox bilet satılıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp