“Araz-Naxçıvan” yeni mövsümün hazırlığı çərçivəsində bu gün növbəti yoxlama oyunu keçirib.
Futbolinfo.az xəbər verir ki, sözügedən komanda Ərzurumda Küveytin “Əl-Ərəbi” klubu ilə üz-üzə gəlib.
Matçda qapılara qol vurulmayıb – 0:0. “Qırmızı-ağlar” ilk matçında isə Türkiyənin “Alanyaspor” komandası ilə 1:1 hesablı heç-heçə edib.
Bununla da təlim-məşq toplanışını yekunlaşdıran “Araz-Naxçıvan” sabah – iyulun 25-də Bakıya dönəcək.