“Neftçi”nin sabiq prezidenti Kamran Quliyev menecerlik fəaliyyətinə başlayıb.
Futbolinfo.az xəbər verir ki, bir çox futbolçunu klublarımıza təklif edən, onların bəzilərinin keçidində dolayısı ilə rol oynayan Quliyev, ilk müstəqil addımını atıb. Belə ki, Mərakeş əsilli ispaniyalı oyunçu Kərim L’Kuça “Kəpəz”ə məhz onun vasitəçiliyi ilə gəlib.
1+1 illik müqavilə imzalanan 24 yaşlı yarımmüdafiəçi Andorra çempionatında “Santa Koloma” klubunda oynayıb.