Türkiyənin “Ankaragücü” klubu “Qarabağ”ın hücumçusu Redon Cicanın transferində israrlıdır.

Futbolinfo.az yerli mətbuata istinadən xəbər verir ki, 1-ci Liqa təmsilçisi albaniyalı forvardın keçidi üçün Azərbaycan çempionuna rəsmi təklif göndərməyə hazırlaşır.

Ancaq paytaxt təmsilçisinin istəyinin reallaşması ağdamlıların transfer siyasətindən asılı olacaq. Belə ki, “Qarabağ” hücum xəttinə yeni legioner cəlb edə bilsə, o zaman Cicanın gedişinə razılıq verə bilər. 26 yaşlı forvard özü də müntəzəm oynaya biləcəyi bir komandaya keçmək fikrindədir.

Qeyd edək ki, “Qarabağ”la müqavilə müddəti 2026-cı ilin yayına qədər olan Redon Cica ötən mövsüm ümumilikdə 37 oyunda 7 qol vurub.

Shares: