“Qarabağ”ın sabiq futbolçusu Andrey Lunyov Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunları ilə bağlı maraqlı fikirlər səsləndirib.
Futbolinfo.az xəbər verir ki, Rusiya millisinin və Moskva “Dinamo”sunun qapıçısı Olimpiadanın əvvəlki əzəmətindən uzaq olduğunu düşünür.
32 yaşlı qolkiper Paris-2024-ü izləmədəyini söyləyib: “Olimpiadaya marağım yoxdur. Olimpiya Oyunları indi əvvəlki kimi deyil. Ola bilsin ki, mən qocalmışam və o qədər də maraqlanmıram. Əvvəllər bu yarışda böyük atmosfer yaranırdı”.
Qeyd edək ki, Yay Olimpiya Oyunlarında Rusiyadan cəmi 15 idmançı neytral statusda iştirak edir. Yarış avqustun 11-də başa çatacaq.