Bu gün Azərbaycanın 5 idmançısı Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizəyə start verəcək. Daha 1 təmsilçimiz işə yarışa davam edəcək.

Ümumiyyətlə, gün ərzində 19 dəst medal sahibini tapacaq. Bununla da artıq başa çatan proqramların ümumi sayı 45-ə çatacaq. İlk iki gündə 26 mükafat dəsti uğrunda yarış yekunlaşıb.

Badmintonçu Keişa Fatimə Zəhra qrup mərhələsində ikinci – sonuncu sınağına çıxacaq. Digər badmintonçumuz isə ilk matçını keçirəcək. Edi Reski Dviçayo Olimpiadaya qələbə ilə start verməyə çalışacaq.

Cüdo yığmamızın lideri Hidayət Heydərov Paris tatamisində qüvvəsini sınayacaq. Dünya və Avropa çempionumuz Fransa paytaxtında ilk medalımızı qazanmaq əzmindədir. O, mübarizəyə 1/8 finaldan start verəcək.

Cüdoçumuz kimi Anna Baştanın Olimpiada mübarizəsi bir günü əhatə edəcək. 1/16 finalda körpücüyə çıxacaq sablyaçımız finala qədər irəliləməyə və bayrağımızı yüksəltməyə çalışacaq.

Boksçularımız Malik Həsənov və Məhəmməd Abdullayev isə Paris-2024-də ilk qarşılaşmaya çıxacaq. Onlar 1/4 finala vəsiqə üçün döyüşəcək.

10:30. Badminton, qadınlar, fərdi

Qrup mərhələsi, N qrupu, II tur

Keişa Fatimə Zəhra – Kirsti Gilmor (Böyük Britaniya)

12:00. Cüdo, kişilər, 73 kq

1/8 final

Hidayət Heydərov – Tohar Bitbul (İsrail)/Reduan Masud Dris (Əlcəzair) cütünün qalibi

12:25. Qılıncoynatma, qadınlar, sablya

1/16 final

Anna Başta – Yanq Henqyu (Çin)

14:52. Boks, kişilər, +92 kq

Məhəmməd Abdullayev – Nelvi Tiafak (Almaniya)

22:20. Badminton, kişilər, fərdi

Qrup mərhələsi, E qrupu, II tur

Edi Reski Dviçayo – Kollins-Valentin Filimon (Avstriya)

22:48. Boks, kişilər, 63,5 kq

Malik Həsənov – Laşa Quruli (Gürcüstan)

Shares: