Milli komandamızın üzvü Coşqun Diniyev iş yerini daha yaxşı təklifə görə dəyişib.
Futbolinfo.az xəbər verir ki, ötən mövsümü “Ümraniyəspor”da keçirən yarımmüdafiəçi, bir neçə gün öncə digər Türkiyə təmsilçisi “Bandırmaspor”la 1 illik müqavilə imzaladı. 29 yaşlı oyunçu yeni klubuna daha yaxşı maliyyə şərtlrinə görə “hə” deyib.
Bir neçə variantı olan Coşquna ən yüksək maaşı məhz “Bandırmaspor” təklif edib. Yarımmüdafiəçi sözügedən klubda illik 200 min avro qazanacaq.
Qeyd edək ki, Diniyev ötən mövsüm “Ümraniyəspor”un heyətində 33 rəsmi matçda 3 qol vurub və 2 məhsuldar ötürmə edib.
GÜNAY SÜLEYMANOVA