UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində Slovakiyanın “DAK 1904” klubuna 4:0 hesabı ilə qalib gələn “Zirə”nin futbolçusu Ceyhun Nuriyevin futbolinfo.az saytına müsahibəsi
– 4:0 hesablı qələbə yəqin ki, sizin üçün də gözlənilməz oldu…
– Açığı, oyundan əvvəl belə hesabı gözləmirdik. Amma ilk qoldan sonra oyunun gedişatında inanırdıq ki, hesabı böyüdə bilərik.
– Bu qələbə səfər matçı öncəsi arxayınlıq yarada bilər?
– Arxayanlıq yarada bilər, amma biz buna icazə verməyəcəyik. Oyuna qələbə və baxımlı futbol üçün çıxacağıq. Hələ turu keçməmişik.
– Avropa Liqasının təsnifat mərhələsində Moldovanın “Şerif” klubuna məğlubiyyətdən sonra toparlanmaq çətin oldu?
– Çətin idi. Elə məğlubiyyətdən sonra toparlanmaq asan deyildi. Ancaq Allaha şükür, bacardıq. Məğlubiyyəti unudub oyuna köklənə bildik.
– Böyükhesablı qələbənin əsas səbəbi nədir?
– Rəqibi düzgün analiz etmişdik, ona görə də oyunumuz yaxşı alındı. Hücumda hər şeyi düzgün etdik və layiqli qələbə qazandıq.
– Avrokubokda hədəf nədir?
– Hədəf qrupda oynamaqdır. Əlimizdən gələnin ən yaxşısını edib maksimum dərəcədə irəli getmək istəyirik. Buna ürəkdən inanırıq. İnşallah, istəyimizə çatacağıq.
ABBAS