Olimpiya Oyunlarının yayımçısı olan “Eurosport” kanalı şərhçi Bob Ballardı reportajlardan uzaqlaşdırıb. O, avstraliyalı üzgüçülər haqqında nalayiq fikirlər səsləndirib.
Hadisə şənbə günü Avstraliya qadın komandasının 4×100 m estafet yarışında olimpiya çempionu olmasından sonra baş verib. Sosial mediada yayılan bir videoda Ballard belə deyib: “Qadınlar yenicə bitirdilər. Qadınların necə olduğunu bilirsən… Boş-boş gəzir, makiyaj edirlər”.
“Eurosport” Ballardın bu açıqlamasını qadınlara təhqir kimi qiymətləndirib.