Danimarkanın kişi həndbol komandası 2024-cü il Olimpiadasında sürücünün günahından iki dəfə yolu azıb. Bu barədə “Ekstra Bladet” məlumat yayıb.
Sürücünün iki dəfə yolunu azması danimarkalıların narazılığına səbəb olub. Bu səbəbdən komanda ilk dəfə məşqə gecikib. İdmançıların yaşadığı yerə qayıdarkən də xoşagəlməz hadisə baş verib.
“Hamımız səhv edə bilərik. Lakin eyni yolu üçüncü dəfə getdiyiniz zaman nəsə səhv olursa, bu zaman artıq səbr qalmır!” – deyə kişilərdən ibarət yığmanın baş məşqçisi Nikolay Yakobsen bildirib.
Həndbol üzrə Olimpiya turnirinin ilk oyununda Danimarka yığması ev sahibi Fransaya 37:29 hesabı ilə qalib gəlib. Yarışın 2-ci turunda danimarkalılar Misir ilə qarşılaşacaq.