Paris Olimpiadasının basketbol turnirində Fransa və Yaponiyanın kişi  komandaları arasında görüş baş tutub. Bu oyunda ən ucaboy və bəstəboy basketbolçu üz-üzə gəlib.

FIBA-nın rəsmi məlumatına görə, fransız basketbolçu Viktor Vembanyamanın boyu 222 sm, onun meydançadakı rəqibi, yaponiyalı Yuki Toqaşinin boyu isə 167 sm-dir.

Xatırladaq ki, Fransa basketbolçuları bu oyunda əlavə vaxtda 94:90 (32:25, 17:19, 20:20, 15:20, 10:6) hesabı ilə qalib gəliblər. Kişilər arasında keçirilən bu basketbol matçı cari Olimpiya Olunlarında əlavə vaxta gedən ilk matç olub.

Fransa yığmasının ən məhsuldar oyunçusu “San Antonio Spurs”un lideri Viktor Vembanyama olub. Oyunda Viktorun göstəriciləri 18 xal, 11 ribaund, 6 məhsuldar ötürmə, 2 topalma və 2 blok təşkil edib.

Shares: