2024-cü il Olimpiadasında ən qalmaqallı yarışlardan olan triatlon baş tutub. Bir neçə triatlonçu yağış səbəbindən velosiped yarışı zamanı yıxılıb. Hələlik xəsarət alanlar barədə məlumat yoxdur.

Xatırladaq ki, Olimpiadada triatlonun üzgüçülük hissəsi Senada olub. Qadınların startı güclü yağışlardan sonra suyun çirklənməsinə görə təxirə salınmışdı.

Qadınlar arasında triatlon yarışının üzgüçülük hissəsinin qalibi Bermudalı Flora Daffi olub. İtaliyalı Bianka Seregni ikinci, Braziliya təmsilçisi Vittoria Lopez isə üçüncü yeri tutub.

Shares: