Xosep Qvardiola “Barselona”nın “Mançester Siti” ilə yoldaşlıq görüşündə (2:2, 4:1 pen.) oyununu dəyərləndirib.

“Blauqrana” yeni baş məşqçi Hans-Diter Flikin rəhbərliyi altında ilk oyununu keçirib.

“Onları çox bəyəndim. Mövsüm uzundur, amma indidən xoş sözlər söyləmək olar.

Möhtəşəm mövqe oyunu müşahidə etdim. Vingerlər cinah futbolçularının oynaması lazım olduğu kimi oynadılar, yarımmüdafiəçilər irəli gedirdilər, müdafiəçilər boşluqlara hücum edirdilər”, – deyə “Mançester Siti”nin baş məşqçisi bildirib.

Shares: