Məlum olduğu kimi, Belçika qran-prisində qələbədən sonra Corc Rassel cəza almış və birinci yer Lyuis Həmiltona keçmişdi. Bunun da səbəbi onun maşınının qaydalardan 1,5 kq az olması idi. “Mercedes” komandasının baş yarış mühəndisi Endryu Şovlin çəkinin az olmasının səbəbini açıqlayıb.
“Biz dəqiq nə baş verdiyini öyrənməyə çalışırıq. Avtomobilin ümumi çəkisinə bir çox fərdi komponentlərin təsiri var. Yarış zamanı avtomobil kifayət qədər çəki itirir. Bu, təkərlərin, idarəetmə çubuğunun, əyləcin aşınması və yağın azalmasına görə baş verir. Bundan başqa pilot da çəki itirir. Son yarışda da Corc xeyli kilo vermişdi.
Mərhələdən əvvəl maşınlarımızın hər ikisinin çəkisi təxminən eyni idi. Kvalifikasiyadan sonra Lyuis və Corcun bolidləri arasında çəki fərqi 500 qrama bərabər idi. Problem yalnız Corcun avtomobilində yarandı, onun təkərləri daha çox aşınmışdı.
Biz bütün bu məlumatlar üzərində işləyib gələcəkdə təkrarlanmamasını çalışacağıq”, – deyə Şovlin qeyd edib.