FIFA referisi Əliyar Ağayev növbəti təyinat alıb.
Futbolinfo.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Ağayev UEFA Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyunu çərçivəsində keçiriləcək “Panevejis” (Litva) – “Makkabi” (Təl-Əviv, İsrail) qarşılaşmasının baş hakimi olacaq.
Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Kamal Umudlu yerinə yetirəcək. Elçin Məsiyev isə matça AVAR kimi təyinat alıb.
Avqustun 8-də Panevejis şəhərində yerləşən “Aukştaytiya” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.