Birinci Liqa təmsilçisi “İmişli” heyətini iki braziliyalı gücləndirə bilər. Futbolinfo.az-ın əldə etdiyi məlumata görə, bölgə təmsilçisi “sambaçılar”la danışıqlar aparır.

Bu futbolçulardan biri 22 yaşlı müdafiəçi Dieqo Rollo, digəri isə sağ cinah yarımmüdafiəçisi Pablo Enrikedir. Hazırda əyalət təmsilçisi onların viza məsələsini həll etmək istəyir.

Klubun İdarə Heyətinin üzvü Aqşin Mürsəlov saytımıza açıqlamasında məlumatı təsdiqləyib: “Onlarla müqavilə imzalamamışıq. Viza məsələlərini yoluna qoyduqdan sonra bu oyunçular ölkəmizə gələcək. Biz onları videolarda izləmişik, amma canlı baxmaq istəyirik. Yəni real gördükdən sonra qərar vermək niyyətindədir”.

Shares: