Futbolinfo.az “Misli” ilə reallaşdırdığı layihəni davam etdirir. Həftədə iki dəfə təxminlərimizlə tanış olmaq imkanınız olur. Variantları statistikaya əsaslanaraq təqdim edir, qazanmağınıza yardımçı oluruq.

Hər həftənin çərşənbə axşamı və cümə günləri qarşıdakı 3-4 günün oyunları ilə tanış olur, uyğun bildiyiniz matçları kuponunuza daxil edirsiz.

Artıq variantlarımızdan yararlanmaq imkanınız olub. Yenə mərc etməyiniz üçün məsləhətimiz var.

BANKO KUPON ÜÇÜN

Qarabağ – Ludoqorets: 1

* “Qarabağ” hazırlıq oyunlarını da nəzərə almaqla son 6 oyunda qalib gəlib.

* “Qarabağ” son 3 oyunda qapısında 1 top görüb.

* “Ludoqorets” Çempionlar Liqasında son 2 səfər matçında 0:1 hesabı ilə uduzub.

* “Ludoqorets” rəsmi oyunlarda son 4 səfər matçında meydanı məğlubiyyətlə tərk edib.

SÜRPRİZ KUPON ÜÇÜN

Osiyek – Zirə: x2

* “Zirə” avrokuboklarda keçirdiyi son 4 oyunun 3-də qalib gəlib.

* “Zirə” avrokuboklarda keçirdiyi son 2 səfər matçında meydanı qələbə ilə tərk edib.

* “Osiyek” “Zirə”nin mübarizədən kənarlaşdırdığı “DAK 1904” klubuna ötən ay hazırlıq görüşündə 2:3 hesabı ilə məğlub olub.

* “Zirə” rəsmi oyunlarda səfərdə keçirdiyi son 7 oyunda məğlub olmayıb.

QARIŞIQ KUPON ÜÇÜN

Lill – Fənərbağça: qarşılıqlı qol

* “Fənərbağça”nın bundan öncəki mərhələdə “Luqano”ya qarşı keçirdiyi hər iki oyunda qarşılıqlı qol qeydə alınıb.

* 2009/10 mövsümündə bu komandalar arasında Fransada keçirilən oyunda “Lill” 2:1 hesabı ilə qalib gəlib, İstanbuldakı oyunda tərəflər hərəyə 1 dəfə fərqlənib.

* “Fənərbağça”nın Fransa klublarına qarşı keçirdiyi 9 oyunun 8-də qarşılıqlı qol olub.

* “Lill” Türkiyə klublarına qarşı keçirdiyi 4 oyunun 3-də həm özü qol vurub, həm də rəqib fərqlənib.

ARZULANAN KUPON ÜÇÜN

Sent-Patriks – Sabah: 2

* “Sabah” bundan əvvəlki mərhələdə Macarıstanda Hayfa  “Makkabi”sini 3:0 hesabı ilə məğlub edib.

* Azərbaycan təmsilçisi “Qarabağ” 2019-cu ildə İrlandiya komandası “Dandolk”u mübarizədən kənarlaşdırıb.

* “Sabah” səfərdə keçirdiyi son 2 rəsmi matçında qalib gəlib.

* “Sent-Patriks” avrokuboklarda keçirdiyi son 3 ev oyunun 2-də uduzub.

Shares: